Fazil Məmmədovun türkiyəli həkimi DANIŞDI: - “Bir-iki ay çəkəcək…”

30-06-2018, 13:44           
Fazil Məmmədovun türkiyəli həkimi DANIŞDI: - “Bir-iki ay çəkəcək…”
Xəbər verdiyimiz kimi, sabiq vergilər naziri Fazil Məmmədov səhhətində yaranmış problemlərlə bağlı Türkiyədə “American Hastanesi”nə yerləşdirilib. Hazırda sabiq nazir həmin xəstəxananın professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altında müalicəsini davam etdirir.
Məsələ ilə bağlı Unikal.org-a Fazil Məmmədovun türkiyəli həkimi Orhan Bilge onun son durumu ilə bağlı açıqlama verib:
“Hazırda Fazil Məmmədov xəstəxanada müalicəsini davam etdirir. O, Azərbaycanda əməliyyat olduğuna görə, burada onun növbəti əməliyyat keçirməsinə ehtiyac olmadı. Azərbaycandan buraya gətirilərkən vəziyəti çox ağır idi. Ona ilkin tibbi yardım göstərildikdən sonra, vəziyyəti stabilləşməyə başlayıb. Onun nə zaman xəstəxanadan buraxılacağını deyə bilmərəm. Fazil Məmmədovun müalicəsi ən azı bir-iki ay davam edəcək. O, pankreatit xəstəliyinin ağır formasından əziyət çəkdiyi üçün davamlı müalicə alması zəruridir”.
Həmçinin, Orhan Bilge F.Məmmədovun səhhətinin yaxşı olduğunu və narahatlığa ehtiyac olmadığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru