İçməli sudan 65 nəfər ZƏHƏRLƏNDİ

30-06-2018, 23:56           

İranda 65 nəfər içməli sudan zəhərlənib.

Unikal.org xəbər verir ki, bu barədə Xuzistan Təcili Tibbi Yardım mərkəzinin rəhbəri Şəhriyar Mirxəşti "İrna" agentliyinə açıqlamasında bildirib.

O qeyd edib ki, zəhərlənənlərdən 14-ü xəstəxanada nəzarət altında saxlanılır. Ş.Mirxəşti içməli suyun çirkli olmasının kütləvi zəhərlənməyə səbəb olduğunu ehtimal edərək məsələnin araşdırıldığını bildirib.

Qeyd edək ki, İranda yağış və su ehtiyatlarının azalması səbəbindən bir müddətdir su böhranı yaşanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru