Ayaqqabısına kamera yerləşdirərək qadınların ətək altı görüntülərini çəkdi və...

1-07-2018, 01:14           
Ayaqqabısına kamera yerləşdirərək qadınların ətək altı görüntülərini çəkdi və...
ABŞ-da ayaqqabısına yerləşdirdiyi gizli kamera ilə ətrafındakı qadınların ətək altı görüntülərini çəkməyə çalışan adam cihazın içindəki batareya partladığı zaman özünü ələ verib.

Moderator.az xəbər verir ki, 32 yaşlı adam baş verən hadisədən sonra polisə təslim olub və heç bir görüntü qeyd etmədiyi üçün daha sonra sərbəst buraxılıb.

Hadisəni araşdıran polis rəisi bu qəribə halı şəxsi hesabında paylaşaraq adamın hadisəni kiçik yanıqlarla atlatdığını və istintaqın davam etdiyini bildirib.

Qeyd edək ki, 2015-ci ildə ABŞ-ın əyalət qanunlarında edilən bir dəyişikliklə bu hərəkət ağır cinayətlər dairəsinə alınıb. Bu cinayəti törədənlər də 3,5 ilə qədər həbs və 10 min dollara qədər pul cəzasına məhkum edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru