MTN-nin "Maqa" ləqəbli zabiti azadlıqda

3-07-2018, 00:00           

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) xuliqanlıqda təqsirləndirilən zabiti azadlığa buraxılıb.

Qaynarinfo-nun xəbərinə görə, bu barədə trend-ə təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov məlumat verib.

A.Məmmədovun sözlərinə görə, təqsirləndirilən şəxs Yasamal rayon Məhkəməsinin qərarı ilə bəraət alıb.

Hakim Azər Tağıyevin sədrliyi ilə məhkəmə qərarı elan olunub.

Məhkəmə təqsirləndirilən şəxsin günahsız olduğunu üzə çıxarıb və onun azadlığa buraxılması barədə qərar qəbul edib.

Bundan başqa, məhkəmə işi araşdıran müstəntiq Ceyhun Mahmudovun əməlində qanunsuzluğa yol verildiyi qənaətinə gəlib və onun barəsində xüsusi qərardad qəbul edib.

Xatırladaq ki, ləğv edilmiş MTN-in baş əməliyyat müvəkkili, kapitan, "Maqa" ləqəbli Məmmədov Məhəmməd Mehman oğlu Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə təqsirləndirilərək həbs edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru