15-ci Avropa çempionatında bu gün Türkiyə ilk oyununu Xorvatiya yığmasına qarşı keçirəcək. Ay-ulduzlu komanda dördüncü dəfə qatılacağı turnirin birinci qarşılaşmasında qalib gəlməyi və qrupda üstünlük qazanmağı qarşısına məqsəd qoyub.
“D” qrupunun bu oyunu Bakı vaxtıilə saat 17:00-da başlanacaq. Parisin “Parc des Princes” stadionunda keçiriləcək matçı 42 yaşlı isveçli hakim Yonas Eriksson idarə edəcək.