Türkiyənin Avro-2016-da Xorvatiyaya uduzduğu oyunda maraqlı hadisə baş verib.
Qol.az-ın məlumatına görə, matçın 41-ci dəqiqəsində xorvatiyalı forvard Luka Modriç qol vurarkən Türkiyə millisinin üzvü Ozan Tufan rəqibə mane olmaq əvəzinə öz saçını düzəldib.
Ozanın bu hərəkəti sosial şəbəkədə türkiyəli azarkeşlərin böyük narazılığına səbəb olub.
Xatırladaq ki, matç 1:0 xorvatların qələbəsi ilə bitib. [media=https://www.youtube.com/watch?v=SDZPD53Fk5I]