“Liverpul”un yarımmüdafiəçisi “Leypsiq”də çıxış edəcək

26-06-2023, 14:04           
“Liverpul”un yarımmüdafiəçisi “Leypsiq”də çıxış edəcək
İngiltərənin “Liverpul” klubu yarımmüdafiəçi Fabio Karvalyo ilə müvəqqəti ayrılmaq qərarına gəlib.

Bu barədə insayder Fabrizio Romano xəbər verib.

Məlumata görə, portuqaliyalı icarə əsasında “Leypsiq”də çıxış edəcək. Gələn həftə onunla bir il müddətinə müqavilə imzalanacaq. Eyni zamanda tibbi müayinə təyin olunacaq.


Qeyd edək ki, 20 yaşlı Fabio 2022-ci ilin yayında “Liverpul”a keçib. Mersisaydlılar yarımmüdafiəçinin transferi üçün “Fulhem”ə 5,9 milyon avro ödəyiblər.

Mənbə: ua-football.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru