“Real Madrid”in ulduz futbolçusu klubu ilə müqaviləsini uzadıb

27-06-2023, 00:01           
“Real Madrid”in ulduz futbolçusu klubu ilə müqaviləsini uzadıb
Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç “Real Madrid”lə müqaviləsini 2024-cü ilə qədər uzadıb.

Məlumata görə, 37 yaşlı futbolçu mövsüm bitdikdən sonra Səudiyyə Ərəbistanından bir neçə komandadan təklif alsa da, Madriddə qalmaq üçün çoxmilyonluq şəxsi müqavilələrdən imtina edib.

Qeyd edək ki, Modriç 2012-ci ildən “Real Madrid”də çıxış edir. 2022/23 mövsümündə o, “kral klubu”nun heyətində bütün yarışlarda 51 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.
“Transfermarkt” onu 10 milyon avro dəyərində qiymətləndirir.

Mənbə: gazeta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.