Klublararası Dünya Çempionatının vaxtı və məkanı bəlli oldu

27-06-2023, 08:54           
Klublararası Dünya Çempionatının vaxtı və məkanı bəlli oldu
2023-cü ildə Klublararası Dünya Çempionatı Ciddədə keçiriləcək.

Qərar FIFA nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfərindən sonra qəbul edilib. Səfər çərçivəsində nümayəndə heyəti Kral Abdullah Şəhər İdman Stadionunda, Şahzadə Abdullah Əl Faysal stadionunda, həmçinin yaşayış və təlim obyektlərində olub.

Turnirin oyunları 2023-cü il dekabrın 12-dən 22-dək keçiriləcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilk dəfə klublararası dünya çempionatına ev sahibliyi edəcək.
Yarışın iştirakçılarına gəlincə, “Mançester Siti” bu il 2022/23 mövsümündə UEFA Çempionlar Liqasının qalibi olub. Turnirdə Yaponiyanın “Urava Red Diamonds”, Misirin “Əl-Əhli”, Meksikanın “Leon”, Yeni Zelandiyanın “Ouklend Siti” və Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubları təmsil edəcək. Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) iştirakçısı - Libertadores Kubokunun qalibi isə hələ müəyyənləşməyib.

Mənbə: sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru