Adı “Qarabağ”la hallanan futbolçu satışa çıxarıldı facebook
27-06-2023, 10:34
“Trabzonspor” futbolçusu Fode Koytanı satmaq istəyir.
Qaradəniz təmsilçisi ötən mövsümü “Kasımpaşa”da icarədə keçirən hücumçu üçün təklifləri dəyərlədirəcək. Klub özünü doğrulda bilməyən Koytanın məvacib yükündən xilas olmaq istəyir.
Koytanın adı daha əvvəl “Qarabağ”la hallanırdı.
Qvineyalı hücumçu “Kasımpaşa”da 15 oyunda 3 qol vurub.