Məlumata görə, Avropada bir neçə komanda 28 yaşlı mərkəz müdafiəçisini heyətinə cəlb etmək istəyir. Onların arasında ən iddialısı Azərbaycanı UEFA Avropa Konfrans Liqasında təmsil edəcək “Qəbələ”dir.
Futbolçu özü Avropada qalmaq istəyir. Yaxın günlərdə onun yeni klubunun hansı olacağına aydınlıq gələcək. L.Afriko ötən mövsüm Portuqaliya çempionatında cəmi 6 oyun keçirib. “Transfermarkt”a görə, onun dəyəri 400 min avrodur.