Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionu olub
Dünən, 08:24
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olub.
Apasport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançı finalda serbiyalı Georgi Tibilovu məğlub edib.
Rəqibini 7:3 hesabı ilə üstələyən təmsilçimiz 2-ci dəfə Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc, yunan-Roma güləşçilərimiz isə 1 gümüş və 1 bürünc qazanıblar. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.