Azərbaycanın qadınlardan ibarət voleybol millisinin sabiq baş məşqçisi vəfat edib
4-08-2017, 09:21
Azərbaycanın qadınlardan ibarət voleybol üzrə milli komandasının sabiq baş məşqçisi Aleksandr Çervyakov dünyasını dəyişib. "Report"un məlumatına görə, azərbaycanlı mütəxəssis 60 yaşında vəfat edib. Qeyd edək ki, Aleksandr Çervyakov "Azərreyl" və "Azəryol" klubları ilə yanaşı 2013-cü ildə Azərbaycan yığmasına rəhbərlik edib.