Millimizin sabiq üzvü Almaniyada qollarını sıralayır

29-03-2018, 09:29           

Milli komandamızın sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Berlin təmsilçisi səfərdə “Altqlinike” ilə qarşılaşıb. Görüş “Dinamo”nun 2:1 hesabı qələbəsi ilə başa çatıb.

90 dəqiqə meydanda olan Rüfət Dadaşov görüşdə komandasının ilk qolunu vurub.

“Dinamo” hazırda 42 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan millisində almaniyalı sabiq baş məşqçi Berti Foqtsun vaxtında çıxış edib və 16 oyunda 4 qol vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru