Masazırda faciə: körpə 6-cı mərtəbədən düşdü...

8-10-2015, 12:43           
Masazırda faciə: körpə 6-cı mərtəbədən düşdü...
Masazırda dəhşətli faciə baş verib.

Publika.az-ın hadisənin şahidlərinə istinadən verdiyi məlumata görə, azyaşlı uşaq çoxmərtəbəli binanın 6-cı mərtəbəsindən düşüb.

İlkin məlumata görə, uşağın anası böyük övladını məktəbdən gətirmək üçün evdən çıxıb. 4 yaşlı uşağı yatdığı üçün onu özü ilə aparmayıb.

Ana evdə olmadığı müddətdə uşaq yuxudan oyanıb və stula çıxaraq pəncərədən aşağı boylanan zaman yıxılıb.

Hadisə şahidləri bildirilər ki, körpə yoldan keçənlər tərəfindən ağır vəziyyətdə xəstəxanaya aparılıb. Lakin onun yaşamaq şansının az olduğu bildirilir.

Ana isə hadisə barədə məktəbdən qayıdanda xəbər tutub. Pəncərənin altında qan izini görən ana özündən gedib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru