Təhsil naziri Heydər Əliyev adına Tədris Universitetinin bağlanmasından danışdı

9-10-2015, 12:47           
Təhsil naziri Heydər Əliyev adına Tədris Universitetinin bağlanmasından danışdı
"Heydər Əliyevin adından istifadə etməklə yaradılan universitetdə lazımi tələblərə riayət edilməyib”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Azərbaycan icmasının üzvləri ilə görüşdə bildirib.

Gürcüstanda fəaliyyət göstərən Heydər Əliyev adına Tədris Universitetinin bağlanılmasına münasibət bildirən nazir deyib ki, bu, Gürcüstanın daxili işidir: “Biz bu məsələyə diqqət yetirəndən sonra Gürcüstanın aidiyyəti dövlət orqanları öz səlahiyyətlərini icra ediblər. Bu universitetin nə Azərbaycan dövləti, nə də Heydər Əliyev Fondu ilə əlaqəsi olub. Heydər Əliyevin adının universitetə verilməsi üçün müvafiq dövlət qurumları ilə də danışıq aparılmayıb".

Gürcüstanda azərbaycanlı tələbələrin aldığı diplomların həqiqiliyi barədə də qaldırılan məsələyə gəlincə, M. Cabbarov qonşu dövlətin verdiyi diplomlarla bağlı məsələyə şərh verə bilməyəcəyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru