Hakimiyyətə gəlsək, "Sputnik"i bağlayacağıq - Deputat
8-02-2019, 08:31
Mühafizəkarlar hakimiyyətə gələrsə, Sputnik-in yerli ofisi qapadılacaq.
Axar.az xəbər verir ki, bu sözləri Estoniyanın Mühafizəkar Xalq Partiyasının (EKRE) parlamentdəki nümayəndəsi Urmas Reytelman deyib.
“Əlbəttə, təhlükəsizliyə təhdid olaraq Sputnik-in ofisini 2 hesabatla bağlaya bilərik. Lakin hər hansı informasiya kanalını bağlamaq qeyri-mümkündür. Mənim evimdə 6 min telekanal nümayiş olunur və heç kim onları məndən ala bilməz. Fərqi yoxdur, informasiya internetdən yayımlanır, yoxsa kabeldən...” - deyə Reytelman bildirib.