Çində yeni dəb: İnsanlar nəhəng ağcaqanadlara bənzəyirlər

30-06-2025, 11:37           
Çində yeni dəb: İnsanlar nəhəng ağcaqanadlara bənzəyirlər
Çinin cənub əyalətlərinin sakinləri yaxınlıqdakı gölməçələrdən topladıqları lotus yarpaqlarından özlərinə günəş maskaları hazırlayırlar.

Bu barədə "South China Morning Post" məlumat yayıb.

Məlumata görə, çinlilər ultrabənövşəyi şüalardan qorunmaq üçün üzlərini nəhəng yarpaqlarla örtür, "maska"nı bərkitmək üçün kəmərli papaqlardan istifadə edirlər.

Yarpaqların üzərində gözlər və burun üçün dəliklər açılır.

Sosial şəbəkələrdə bəzi istifadəçilər üzlərində yarpaqlar olan insanları nəhəng ağcaqanadlara və ya yalan danışarkən burnu böyüyən Pinokkioya bənzədiblər. Bir çox skeptiklər bu "ixtira"nı məzəli, lakin təhlükəli hesab edirlər. Belə ki, belə etibarsız maska, məsələn, ​​avtomobil qəzasına səbəb ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru