Ay ətrafında ilk dövrə vuran insanlar deyil, tısbağalar olublar

Bu gün, 11:18           
Ay ətrafında ilk dövrə vuran insanlar deyil, tısbağalar olublar
NASA astronavtları 1968-ci ilin dekabrında "Apollon 8" missiyası çərçivəsində kosmik gəmi ilə Ay ətrafında ilk uçuşlarını həyata keçiriblər. Bu, 1969-cu ildə baş verəcək Aya ilk insanın enişinə hazırlıq idi.

Lakin 1968-ci ilin sentyabrında Yerin peykinin ətrafında ilk dəfə insanlar deyil, iki tısbağa dövrə vurub.

Oxu.Az xəbər verir ki, bu barədə "IFLScience" yazır.

Məlumata görə, 1968-ci il sentyabrın 18-də "Zond-5" sovet kosmik gəmisi Ayın ətrafında dövrə vurub və onun göyərtəsində iki tısbağa olub. Onlar kosmosda səyahət edən və Yerə qayıdan ilk heyvanlar olublar.

Kosmik gəminin göyərtəsində tısbağalardan başqa həşəratlar və mikroorqanizmlər də olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.