Ramil Usubov saxta vəsiqə satan polkovniki qovdu

30-05-2019, 18:18           
Ramil Usubov saxta vəsiqə satan polkovniki qovdu
Azərbaycanda polis rəisi xidməti fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb.

Teref.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Tovuz rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Kamil Quliyev mövcud qanunvericiliyinin tələblərini kobud şəkildə pozduğu üçün daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Hazırda nazirlik tərəfindən idarədə daxili yoxlama aparılır.

Məlumata görə, K.Quliyev 10-dan çox xarici vətəndaşa saxta yolla Azərbaycan dövlətinə məxsus şəxsiyyət vəsiqəsi satıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru