Türkiyənin yeni “Bulud” PUA-sı - Video

23-02-2025, 11:04           
Türkiyənin yeni “Bulud” PUA-sı - Video
Türkiyənin “Havelsan” şirkəti yeni PUA-nı – “Bulud”u təqdim edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Adıçəkilən PUA tələb olunan sınaqlardan uğurla keçərək Türkiyə ordusunun və polisinin inventarına götürülüb.

Bildirilib ki, “Bulud” daxili mühərriki sayəsində fasiləsiz olaraq 6 saat havada qalaraq kəşfiyyat və müşahidə apara bilir. Az yağış və qar şəraitində işləmə qabiliyyətinə malik olan PUA, sensorları və proqram təminatı sayəsində hər növ əməliyyat şəraitində tapşırıqları yerinə yetirir.

“Bulud” təhlükəsizlik qüvvələri tərəfindən əməliyyat bölgələrində aktiv şəkildə istifadə edilir. Beş kiloqramlıq yük daşıma qabiliyyətinə malik olan qurğu 80 kilometr məsafəyə qədər məlumatı paylaşa bilir.
axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru