Şimali Amerikada 6 təyyarə qəzası: 100-ə yaxın ölü

23-02-2025, 12:24           
Şimali Amerikada 6 təyyarə qəzası: 100-ə yaxın ölü
İlin əvvəlindən bu günə qədər Şimali Amerikada 6 aviaqəza baş verib.

Bu barədə TRT məlumat yayıb.

Yanvarın 29-da Vaşinqtonda baş verən qəza zamanı təyyarədə olan 67 nəfərin (sərnişin və ekipaj üzvləri) hamısı həlak olub.

Yanvarın 31-də Filadelfiyada aviaqəza zamanı 7 nəfər həyatını itirib, 24 nəfər yaralanıb.

Alyaskada fevralın 6-da qeydə alınan qəzada sağ qalan olmayıb. Təyyarədə olan 10 nəfərin hamısı həyatını itirib.

Fevralın 10-da isə Arizonada təyyarə qəzaya uğrayıb. Bu zaman 1 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Fevralın 18-də Kanadanın Toronto şəhərində təyyarəyə qəzaya uğrayıb, 21 nəfər yaralanıb.

Ən son olaraq isə təyyarə qəzası Arizonada baş verib. 2 nəfər həlak olub.

Müxtəlif aviaşirkətlərə məxsus təyyarələrin qəzaya uğraması nəticəsində ümumilikdə 87 nəfər həlak olub, 40 nəfər yaralanıb.//globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru