Xaçmazın icra başçısı 15 yaşı tamam olan şəhid övladı ilə görüşüb (FOTO)

Dünən, 17:59           
Xaçmazın icra başçısı 15 yaşı tamam olan şəhid övladı ilə görüşüb (FOTO)
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid Tural Ağcabəyovun ailə üzvləri ilə görüşüb.

TEREF xəbər verir ki, Elnur Rzayev şəhidimizin oğlu Xəlil Ağcabəyovu 15 yaşı tamam olması münasibəti ilə təbrik edib, ailənin qayğıları ilə maraqlanıb.

Həmçinin, Xəlil Ağcabəyova qiymətli xatirə hədiyyələri təqdim olunub.

Şəhidimizin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.