Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."

23-02-2025, 10:58           
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı -
ABŞ lideri D.Trampın onu haqsız olaraq "diktator" adlandırmasından sonra məlum olub ki, Ukrayna vətəndaşlarının əksəriyyəti (63%) hazırkı prezident Vladimir Zelenskinin fəaliyyətini bəyənir.

TEREF xəbər verir ki, hafta.az-ın “UNİAN”a istinadla yaydığı məlumata görə, bunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun saytında dərc edilmiş Britaniya Akademiyası tərəfindən maliyyələşdirilən "Onukh IBIF" layihə komandasının 2024-cü ilin noyabr-dekabr və 2025-ci ilin yanvar aylarında apardığı araşdırmanın nəticələri sübut edir.

Ukraynalılardan, həmçinin, Vladimir Zelenskinin prezident kimi hərəkətlərini bəyənib- bəyənmədikləri soruşulub. Sorğunun nəticəsi göstərib ki, onun dəstəyi əvvəlki sorğu ilə müqayisədə bir qədər artıb.

Qeyd olunur ki, ukraynalıların 63%-i onun prezident kimi fəaliyyətini tam, yaxud, demək olar ki, bəyəndiklərini bildirib. Onlardan 36,9%-i demək olar ki, bəyəndiyini, 26,1%-i isə tamamilə bəyəndiyini söyləyib.

Bundan əlavə, respondentlərin 14,4%-i hazırkı prezidentin fəaliyyətini ümumiyyətlə bəyənmədiyini, 18,3%-i isə demək olar ki, bəyənmədiyini bildirib.

Eyni zamanda, ukraynalılardan prezident Zelenskinin malik olduğu keyfiyyətlər barədə də soruşulub.

Belə ki, respondentlərin əhəmiyyətli əksəriyyəti Zelenskinin müsbət keyfiyyətləri özündə cəmləşdirməsu ilə razılaşıb: 74%-i onun Ukraynanın vətənpərvəri olduğunu, 73%-i onun ağıllı və bilikli insan olduğuna inandığını, 60%-i onu dürüst və etibarlı, 65%-i isə güclü lider hesab etdiyini bildirib. Bunlar bir çox Qərb liderlərinin həsəd aparacağı qiymətləndirmələrdir...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru