ABŞ-dakı avibazada atışma: 1 pilot öldü, digəri yaralandı

23-02-2025, 11:26           
ABŞ-dakı avibazada atışma: 1 pilot öldü, digəri yaralandı
ABŞ-ın Nyu-Meksiko ştatında yerləşən Kirtland Hərbi Hava Qüvvələri bazasında atışma baş verib.

Publika.az xəbər verir, bu barədə bazanın rəsmi saytında məlumat verilib.

Bildirilib ki, insident nəticəsində bir pilot həlak olub.

Qeyd edilib ki, hadisə fevralın 22-nə keçən gecə baş verib. Məlumatda bir pilotun qolundan yaralanaraq xəstəxanaya yerləşdirilməsinə səbəb olan “təqib”dən bəhs edilir.

Daha sonra hadisə yerində daha bir pilotun meyiti tapılıb.

Hazırda FTB-nin iştirakı ilə araşdırma aparılır.

Baza komandanlığının məlumatına görə, yaxınlıqda yaşayan dinc sakinlər üçün heç bir təhlükə yoxdur. Hadisənin təfərrüatları barədə məlumat verilməyib.

Hüseyn İbadlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru