Onların başına gələnlər faciədir - Flikdən çağırış

23-02-2025, 12:17           
Onların başına gələnlər faciədir - Flikdən çağırış
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik kəskin tənqidlərə məruz qalan hakimlərə dəstək olub.

"Hakimlərin başına gələnlər fəlakətdir. Biz hakimlərin ailələrini düşünməliyik. Hamımız səhv edirik. Bu cür səhvləri düzəltmək üçün indi VAR var. Hakimləri qorumaq lazımdır", - deyə AS Flikdən sitat gətirib.

Daha əvvəl ispaniyalı referi Xose Munuera Monteronun qeyri-futbol fəaliyyəti ilə bağlı təhqiqatın başlanması ilə bağlı məlumatlar ortaya çıxıb. Təhqiqat İspaniya Kral Futbol Federasiyasının (RFEF) xüsusi komitəsi tərəfindən La Liqanın 24-cü turunun "Real Madrid" - "Osasuna" matçından (1:1) sonra başlayıb. Həmin oyunda Montero hakimi təhqir etdiyinə görə "Real"ın yarımmüdafiəçisi Cud Bellinqemə birbaşa qırmızı vərəqə göstərib. O, "Real Madrid"in qapısına penalti də təyin edib.

Mənbə: news.milli.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru