Ermənistan polisinin bir sıra şəxslərinə qarşı cinayət işi açılıb

1-06-2019, 07:06           
Ermənistan polisinin bir sıra şəxslərinə qarşı cinayət işi açılıb
Ermənistanın Xüsusi İstintaq Xidməti Dövlət Nəzarət Xidməti tərəfindən ölkə polisində keçirilmiş yoxlamaların nəticəsinə görə bir sıra şəxslərə qarşı cinayət işi başlayıb.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Oqanjanyan bildirib.

Onun sözlərinə görə, aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 310-cu maddələri üzrə (sahibkar fəaliyyətində qanunsuz iştirak) cinayət işi başlayıb.

Xatırladaq ki, yoxlamalar satınalmaların təşkili sahəsində keçirilib. Qanun pozuntuları 2008-ci ildən başlayaraq aşkarlanıb.

Daha əvvəl Ermənistanın Ararat əyalətinin Noramarq kəndində (İrəvanın 22 kilometrliyində) 60 yaşlı kişi keçmiş həyat yoldaşıgildə olarkən ev sahibləri (ər və həyat yoldaşı) ilə mübahisə etdikdən sonra iki qumbara atıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru