Azərbaycan ötən il xaricdən 30 milyon dollarlıq avtobus alıb

18-02-2021, 21:05           
Azərbaycan ötən il xaricdən 30 milyon dollarlıq avtobus alıb
2020-ci ildə ölkəyə 3 626 ədəd yük avtomobili, 259 ədəd avtobus idxal olunmuşdur.
Valyuta.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2020-ci ildə Azərbaycana ümumilikdə 30 mln. 484 min dollar məbləğində avtobus idxal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 58.4% azdır.

Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə 259 ədəd avtobus (azalma 52.7%) idxal olunub.

Bu ilin yanvar-noyabr ayında Azərbaycana 223 ədəd avtobus idxal edilib. Belə ki, təkcə noyabr ayında isə gətirilən avtobusların sayı 36 ədəd olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru