Sankt-Peterburqdakı Erməni kilsəsi yaxınlığında silahlı şəxs saxlanıldı - VİDEO

5-10-2022, 12:44           
Sankt-Peterburqdakı Erməni kilsəsi yaxınlığında silahlı şəxs saxlanıldı - VİDEO
Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Sankt-Peterburqun Nevski rayonundakı erməni kilsəsinin yaxınlığında gəzən silahlı şəxsi saxlayıblar.

Məlumata görə, onun üzərindən avtomat və bıçaq tapılıb.

Hazırda polis hadisənin təfərrüatlarını araşdırır.

Kişinin niyə silahlı olması hələlik məlum deyil. Şahidlərin dediyinə görə, onlar silahlı şəxsin “hamıya nifrət etdiyi” barədə qışqırdığını eşidiblər.


Mənbə: life.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.