Los-Anceles yanğınını söndürənlər işdən azad olunurlar

Bu gün, 16:34           
Los-Anceles yanğınını söndürənlər işdən azad olunurlar
ABŞ səlahiyyətliləri Los-Ancelesi bürüyən meşə yanğınları ilə mübarizə aparan yanğınsöndürənlərə könüllü istefa bildirişləri göndəriblər.

Bu barədə "The Washington Post" yazır.

Məlumatda qeyd edilir ki, təzminat ödənilməklə könüllü istefa təklifi işçiləri kütləvi ixtisarın yaratdığı mənəvi şokdan qorumaq məqsədi daşıyır.

Bildirilir ki, federal işçilərin sayının əhəmiyyətli dərəcədə azaldılması zamanı yanğınsöndürənlərin də işdən azad edilməsi riski böyükdür.

Vurğulanır ki, bu təklif müxtəlif profilli dövlət qulluqçuları arasında çaşqınlıq və təşviş yaratsa da, xüsusilə yanğınsöndürənlərə mənfi təsir edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.