Rusiyada yetişdirilən banan 2025-ci ilin sonuna qədər təqdim oluna bilər

30-01-2025, 11:58           
Rusiyada yetişdirilən banan 2025-ci ilin sonuna qədər təqdim oluna bilər
Rusiya Subtropik Kənd Təsərrüfatının İnkişafı Assosiasiyasının baş direktoru Andrey Platonov bildirib ki, Rusiyada yetişdirilən ilk bananlar 2025-ci ilin sonuna qədər təqdim oluna bilər.
TASS xəbər verir ki, o, bunu “Rusiyada kiçik aqrobiznesin inkişafı” forumunda deyib. Artıq istixananın tikintisi ilə bu layihənin icrasına başlanılıb. "Əgər hər şey yaxşı olarsa, bu ilin sonuna kimi biz sizə Rusiyada yetişdirilən bananları göstərəcəyik" – deyə Platonov əlavə edib.Qeyd edək ki, ötən ilin fevralında Rosselxoznadzor Rusiyaya banan tədarükü hüququnu Ekvadordan olan beş şirkətə qaytarıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru