Yeni "iPhone" barədə məlumatlar sızdı

2-02-2025, 16:24           
Yeni "iPhone" barədə məlumatlar sızdı
Nüfuzlu insayder "billbil-kun" "Apple"dan yeni büdcəli smartfon modeli "iPhone" SE 4-ün görünüşü haqqında məlumat paylaşıb.

Oxu.Az "Dealabs"a istinadən xəbər verir ki, cihazın bu ilin aprelində buraxılması planlaşdırıldığı iddia edilir.

Məlumata görə, "iPhone" SE 4 ekranı "iPhone" 14, 13 və 13 Pro modelləri ilə eyni ölçüdə - hündürlüyü 14,67 sm və eni 7,15 sm olacaq.

Ümumilikdə, yeni cihazın dizaynı əvvəlki "Apple" smartfon modellərinə bənzəyəcək.

SE 4-ün 6,1 düymlük OLED displey, "Face ID", 48 meqapiksellik kamera və artırılmış operativ yaddaşa malik olacağı deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru