Suriya prezidenti ilk səfərini hansı ölkəyə edəcək? Bu gün, 15:14 Əhməd əş-Şaraa Suriyanın keçid dövrü prezidenti kimi ilk rəsmi xarici səfərini Səudiyyə Ərəbistanına edəcək.Bu barədə Suriyanın "Əl Vətən" qəzeti məlumat yayıb.Məlumata görə, o, fevralın 2-də Ər-Riyada gələcək. Səfərlə bağlı başqa təfərrüat açıqlanmır.Qeyd edək ki, əş-Şaraa yanvarın 29-dan başlayaraq Suriya prezidenti səlahiyyətlərini icra edir. Facebook-da paylaş