Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report"a un Şimal bürosunun məlumatına görə, hadisə Qaraçı kəndində qeydə alınıb. Belə ki, A.Şərifov mübahisə zəminində qohumu 1990-cı il təvəllüdlü R.Məmmədovu bıçaqlayıb, daha sonra onun həyat yoldaşı, 1992-ci il təvəllüdlü S.Məmmədovanı isə avtomobillə vurub. Yaralılar xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır.