Zelenski Rusiya ilə danışıqlara hazır olduğunu təsdiqlədi

Bu gün, 11:32           
Zelenski Rusiya ilə danışıqlara hazır olduğunu təsdiqlədi
Ukrayna lideri Volodimir Zelenski bəyan edib ki, Moskva, həmçinin Brüssel, Vaşinqton və Kiyevin iştirakı ilə münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlara başlanacağını gözləyir.

Bu barədə siyasətçi “Associated Press” agentliyinə müsahibəsində bildirib.

O, həmçinin komandasının Tramp administrasiyası ilə əlaqə saxladığını, lakin məsləhətləşmələrin hələ də ümumi xarakter daşıdığını təsdiqləyib:

“ABŞ prezidenti Donald Trampla danışdıqdan sonra ruslarla hansısa söhbət formatına keçməliyik. Mən ABŞ, Ukrayna və Rusiyanı danışıqlar masası arxasında görmək istərdim. Avropa Birliyinin də səsi eşidilməlidir. Düşünürəm ki, ədalətli, səmərəli olardı. Amma bunun necə olacağını bilmirəm”.

V. Zelenski atəşkəs planı hazırlamaq üçün ABŞ prezidenti ilə tez bir zamanda şəxsi görüşə ümid etdiyini bildirib, eyni zamanda Vaşinqtonun Kiyevin iştirakı olmadan Moskva ilə ciddi müzakirələr aparması ilə bağlı bəyanatından narazılığını ifadə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.