Rusiyalı bloqerlər mərc etdilər: Milyonlarla dollarlıq avtomobillər yandırıldı VİDEO

2-02-2025, 15:24           
Rusiyalı bloqerlər mərc etdilər:
Rusiyada bloqerlər Asxab Tamayev və Axmed Alisxabov (Venqalbi) arasındakı mərc ikincinin xeyrinə başa çatıb. Venqalbi avtomobil yarışında Tamayevi qabaqlayıb.

Müvafiq kadrlar sonuncunun "YouTube" kanalında dərc olunub.

Mərcə əsasən, Axmed Asxabın avtomobillərinə (cəmi 5 ədəd) od vurub. "Mercedes G Class", "Lamborghini", "Rolls-Royce", "Bentley" və BMW kimi lüks avtomobillər alovlara qərq olub.

Yanan avtomobillərin ümumi dəyərinin 5 milyon dollardan yuxarı olduğu bildirilir.

Qeyd edək ki, bloqerlər arasındakı mübahisə energetik içkilərin reklamı ilə başlayıb. Tamayevin öz videolarının birində içkini reklam etməsi Venqalbinin xoşuna gəlməyib və Axmed Asxabın BMW avtomobilinin təkərlərinə od vurub. Bundan sonra onlar avtoparklarını mərcə qoyaraq yarış təşkil ediblər. Qalib uduzan tərəfin avtomobillərini yandırıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru