Azərbaycanda 11 həkimin diplomu saxta çıxdı

6-06-2016, 17:59           

Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunda 2016-cı ilin ilk 4 ayında vətəndaşlardan daxil olan 129 şikayətə baxılıb.

teref.az xəbər verir ki, nazirlikdən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, müraciətlərdən 32-si təkrar olub.


Dörd ayda sektora 502 xidməti məktub daxil olub ki, onlar da 308-i araşdırılıb və cavablandırılıb. Yoxlama tədbirləri nəticəsində 11 saxta diplom aşkarlanıb, toplanmış materiallar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.