NIKOIL | Bank iş rejimini yenilədi! - “Formula-1”ə görə

13-06-2016, 20:56           
NIKOIL | Bank iş rejimini yenilədi! - “Formula-1”ə görə
Bakı şəhərində 17-19 iyun tarixləri arasında keçiriləcək “Formula-1” Avropa Qran Prisi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə NIKOIL | Bank -ın Puşkin küçəsi 30 ünvanında yerləşən Baş ofisi və Ü.Hacıbəyli 27 ünvanında yerləşən 13 saylı filialı yeni iş rejimində fəaliyyət göstərəcəkdir. 21 iyun daxil olmaqla yuxarıda göstərilən NIKOIL | Bank -ın satış nöqtələri səhər saat 09:00-dan axşam saat 21:00-dək qücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkdirlər. Yenilənmiş iş rejiminə əsasən, müştərilərə kassa-hesablaşma və əməliyyat xidmətləri göstəriləcəkdir. Müştərilərin və şəhərimizin qonaqlarının rahatlığının təmin olunması və yüksək keyfiyyətli xidmətin göstərilməsi NIKOIL | Bank -ın əsas məqsədlərindən biridir.

Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. NIKOIL | Bank -ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru