Bakı-Quba yolunda ölümlə nəticələnən qəzadan ANBAAN VİDEO
12-11-2023, 10:43
Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videogörüntülərdə iki yük avtomobilinin toqquşması anı əks olunub.
Xatırladaq ki, qəza noyabrın 8-də Bakı-Quba yolunun 146-cı kilometrliyində qeydə alınıb. İki yük avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri həyatını itirib, nəqliyyat vasitələri ilə yanaşı, diametri 108 millimetrlik orta təzyiqli yerüstü qaz xətti də deformasiyaya uğrayıb. https://t.me/oxuaze/69655