Almaniyada miqrant parkda uşağı öldürdü

23-01-2025, 09:30           
Almaniyada miqrant parkda uşağı öldürdü
Almaniyanın Bavariya əyalətindəki Şöntal parkında insanlara bıçaqla hücum edən kişi bir yetkin şəxsi və bir uşağı öldürüb.

Oxu.Az xəbər verir ki, bu barədə "Bild" polisə istinadən məlumat yayıb.

Biri uşaq olmaqla daha iki nəfər ağır yaralanıb, onlar xəstəxanadadırlar.

Hücum edən şəxs saxlanılıb - o, 28 yaşlı əfqandır. Mətbuatda yayılan məlumatlara görə, kişinin əvvəllər psixoloji problemləri olub.

2024-cü ilin noyabrında polis Şöntal parkını quldurluq və hücumlara görə "təhlükəli yer" kimi təsnif edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru