Səddam Hüseynin milyonları geri alındı

4-08-2017, 09:37           
Səddam Hüseynin milyonları geri alındı
“Neft qarşılığında qida və dərman” proqramı çərçivəsində İraqın keçmiş lideri Səddam Hüseyn dönəmindən BMT-də qalan 131 milyon dollar Bağdada qaytarılıb.

Axar.az xəbər verir ki, bu sözləri İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Camal deyib. O bildirib ki, sözügedən məbləğ 6 illik faizlə geri alınıb:

“BMT Baş katibliyi ilə keçirilən görüşlərdən sonra pulu geri almağı bacardıq”.

Qeyd edək ki, 2 avqust 1990-cı ildə Səddam Hüseyn rejiminin Küveytə müdaxiləsindən sonra BMT İraqa embarqo tətbiq etməyə başlamışdı.

Embarqonun tətbiqindən sonra BMT Təhlükəsizlik Şurası neft qarşılığında İraqın qida və dərman almasına icazə vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru