İnterpol daha bir azərbaycanlı qadını axtarışa verdi - FOTO

29-03-2018, 00:18           

İnterpol daha bir azərbaycanlı qadın barədə axtarış elan edib.

teref.az Trend-ə istinadən bildirir ki, 1976-cı il təvəllüdlü Nərgiz Mirzoyeva sənəd saxtalaşdırmaq və dələduzluqda ittiham olunur.

Rusiya hüquq-mühafizə orqanları əməkdaşları N.Mirzoyeva barəsində cinayət işi başlasa da, təqsirləndirilən qadın istintaqdan yayınıb. Bu məqsədlə də Rusiya məhkəmə orqanı onun barəsində həbs qətimkan tədbiri seçib və onun tutularaq istintaqa cəlb edilməsi barədə qərar çıxarıb.

İnterpol həmin qərar əsasında N.Mirzoyeva barəsində beynəlxalq axtarış elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru