Cəlilabadda təcili tibbi yardım stansiyasının əməkdaşları döyülüb

29-03-2018, 08:59           

Cəlilabadda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları döyülüb.



APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Astanabad kəndində qeydə alınıb.



Çağırışa gedən Cəlilabad Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasının əməkdaşları həmin kənddə döyülüb. Təcili yardım avtomobilində həkim İbadət Ağayev, köməkçi həkim Ruslan Sadıxov və sürücü Muxtar Babayev olub.



Məlumata görə, həkim briqadası çağırış yerinə vaxtında çatıb. Onları isə müayinə etmək üçün getdikləri Ərəstun Zöhrab oğlu Məmmədov qarşılayıb. Həmin şəxs əvvəlcə həkim İbadət Ağayevə, sonra köməkçi həkim Ruslan Sadıxova, daha sonra isə sürücü Muxtar Babayevə müxtəlif dərəcəli bədən xəsarət yetirib.



Həkim briqadası maşına minib ərazidən uzaqlaşmaq istədikdə isə daşla təcili yardım maşınına ziyan vurulub. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru