"Yaşıl bazar"da dava zamanı gənc oğlan bıçaqlanıb

29-03-2018, 09:13           
"Yaşıl bazar"da dava zamanı gənc oğlan bıçaqlanıb
Bakının Nərimanov rayonunda bir nəfərin bıçaqlanması ilə nəticələnən dava baş verib.

"Report"un xəbərinə görə, "Yaşıl bazar"da satıcı işləyən 1991-ci il təvəllüdlü Məmmədov Vasif Sədullah oğlu tanımadığı şəxslə mübahisə edib.

O, əvvəlcə naməlum şəxs tərəfindən döyülüb, ardınca isə bədən nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru