Yəmənli dizayner uçan hotel hazırlayıb – VİDEO

28-06-2022, 12:34           
Yəmənli dizayner uçan hotel hazırlayıb – VİDEO
Yəmənli biotexnoloq və elmi kommunikator Haşim əl-Qaili uçan otel layihəsi hazırlayıb və bunu “Sky Cruise” adlandırıb.

Hotel nüvə enerjisi ilə fəaliyyət göstərəcək və bunun sayəsində daim havada ola biləcək. Qonaqlar hotelə adi təyyarələrdə gələcək. Bunun üçün uçan hotelin öz aerodromu olacaq.

Konsepsiyaya görə, hotelin uçuşunu süni intellekt idarə edəcək, pilotlar isə yalnız onun effektiv fəaliyyətinə nəzarət edəcəklər.

Ehtimal olunur ki, buludlara baxan lüks hotelin göyərtəsində eyni vaxtda 5000-ə qədər qonaq qala bilər.

Qeyd edək ki, Əl-Qailinin layihəsi artıq dünya mətbuatında “uçan Titanik” adını alıb.


Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru