"Mən 20 ildir, deməkdən yoruldum, təhsildə rüşvət baş alıb gedir"

28-06-2022, 17:43           
"Mən 20 ildir, deməkdən yoruldum, təhsildə rüşvət baş alıb gedir"
Xəbər verdiyimiz kimi, Kəlbəcərin 6 məktəbində direktor müavinləri vəzifələrindən azad edilib. Buna səbəb həmin şəxslərin ali təhsilli olmamalarıdır. Dia.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti, professor Şahlar Əsgərov bildirdi ki, bu kimi hallar yalnız Kəlbəcərdə yaşanmır:

“İstənilən qonşu rayona gedək, bu barədə maraqlanaq. Görərsiniz ki, hər yerdə bu kimi özbaşınalıqlar var”.

Professor qeyd edib ki, diplomu olmayan şəxslərin vəzifəyə gəlməsi, əslində hər kəsə məlum olan səbəblərdir.

“Bu insanlar dostluq, tanışlıq, lazım olanda isə rüşvət vasitəsi ilə həmin yerlərə gətirilir. Mən 20 ildir, deməkdən yoruldum, təhsildə rüşvət baş alıb gedir”, - deyə Şahlar Əsgərov qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru