Nazir karantin ananonsu verdi: - Deputat “inanmıram” dedi

1-07-2022, 18:35           
Nazir karantin ananonsu verdi: - Deputat “inanmıram” dedi
Ölkəmizdə koronavirusa yoluxma sayı yenidən artır.

Belə ki, bu günə olan məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 29 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

Bundan əlavə, səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib ki, yoluxma artarsa, müvafiq addımlar atılacaq:

"Yay mövsümü olduğundan insanlar daha çox kütləvi tədbirlərə üz tutur. Bu səbəbdən koronavirusa yoluxma saylarında nisbətən artım qeydə alınır. Ağırlaşmalar demək olar ki, yoxdur. Hospitalizasiya olunanların sayı çox azdır. Hesab edirik ki, epidemioloji vəziyyət tam nəzarətdədir. Təbii ki, hər hansı bir sıçrayış olsa, uyğun şəkildə müvafiq addımlar atılacaq".

Maraqlıdır, yenidən sərt karantin tədbirləri ilə üzləşə bilərikmi? Teref.az-ın məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Cebhe.info-ya açıqlamasınds bildirib ki, ciddi təhlükə gözlənilmir:

"Ölkəmizdə yoluxma sayı aşağıdır. Biz epidemioloji vəziyyətin normallaşdırılmasında daha çox peyvəndlənməyə üstünlük veririk. O baxımdan, say məsələsi sərt qərarlara təsir etməyəcək. Ümumiyyətlə, epidemiolpji vəziyyətin sərt karantini geri qaytaraq səviyyəyə çatacağna inanmıram. Yoluxma sayının düşüb-enməsi isə keçicidir. Bu baxımdan, ciddi təhlükə olacağını düşünmürəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru