AZAL yüzlərlə insanın həyatını təhlükəyə atır - FOTOLAR

2-07-2022, 23:52           
AZAL yüzlərlə insanın həyatını təhlükəyə atır - FOTOLAR
Bu gün saat 12:20-də İstanbuldan Bakıya uçmalı olan təyyarə nasazlıq ucbatından hələ ləngiyir.


Bu barədə AFN.az-a həmin reyslə paytaxta gəlməli olan sərnişinlər məlumat veriblər. Bildirilir ki, Azərbaycan Hava Yollarına (AZAL) məxsus "Ordubad" adlı təyyarə iyun ayının 29-da da nasazlıq səbəbindən gecikib: "Belə çıxır ki, AZAL rəhbərliyi yüzlərlə insanın həyatını təhlükəyə atır və bundan narahat deyil. Biz qorxuruq bu təyyarə ilə yola çıxmağa".

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlunatı təsdiqlədilər. Bildirildi ki, gecikməyə səbəb
kondisioner sistemi ilə yaşanan problemdir: "Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq lazımi əşyalarla təmin olunacaqlar".

Mətbuat Xidmətindən təyyarənin bundan əvvəl də nasazlıq səbəbindən gecikməsi haqda məlumatı təsdiqləmədilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru