Dünyada ilk unikal “qum batareyası” Finlandiyada quraşdırılıb

6-07-2022, 12:44           
Dünyada ilk unikal “qum batareyası” Finlandiyada quraşdırılıb
Finlandiya alimləri Kankaanpaya şəhərində dünyada ilk tam işlək “qum batareyası” quraşdırıblar. Araşdırmalara görə, bu batareya aylarla “yaşıl” enerjini saxlaya bilir və il boyu elektrik enerjisi ilə təminat problemini həll etməyə kömək edir.

Bu barədə BBC məlumat yayıb.

“Qum batareyası” hündür boz silosun içinə tökülən təxminən 100 ton həcmində tikinti qumudur.

Aşağı dərəcəli qum cihazı Günəşdən və ya küləkdən gələn ucuz elektrik enerjisindən əldə edilən istiliklə təmin edir.

Qumun özü bir neçə ay ərzində istiliyi 500 dərəcə Selsiyə qədər saxlaya bilir. Bu, qışda elektrik enerjisinin baha olduğu zamanlarda evləri qızdırmağa imkan verəcək. Belə ki, mərkəzi istilik sistemində suyun qızdırılması üçün akkumulyatordan isti hava buraxılacaq və daha sonra evlərə, ofislərə və hətta yerli hovuzlara veriləcək.

Mənbə: UNİAN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru