Geosiyasi savaş Azərbaycana yaxınlaşır – TƏHLÜKƏ

6-07-2022, 11:37           
Geosiyasi savaş Azərbaycana yaxınlaşır – TƏHLÜKƏ
Ukrayna müharibəsi Rusiya və Çinin Qərbə qarşı birləşməsinə zəmin yaradıb, hərçənd, Avrasiyanın iki əsas gücü arasında heç də hər şey yolunda getmir. Xüsusilə bir neçə coğrafiyada Moskva və Pekinin toqquşan maraqları ön plana çıxır.

Publika.az xəbər verir ki, bu coğrafiyalardan biri də Cənubi Qafqazdır.

Pakistanlı analitik Ağa Hüseyn hesab edir ki, Rusiya və Çinin maraqları Mərkəzi Asiyadan fərqli olaraq, Cənubi Qafqazda daha çox toqquşur.

“Cənubi Qafqazın strateji mövqeyi Pekin və Moskvanın orada uzlaşmağsını çətinləşdirir. Avrasiyada hegomonluğun qorunub saxlanılması baxımından da Rusiya üçün Cənubi Qafqaz Mərkəzi Asiyadan daha həssas regiondur, çünki Azərbaycan, Gürcüstan və Ermənistanın qeyri-rus torpaqlarına çıxışı Mərkəzi Asiya ölkələrindən qat-qat genişdir. Bunun sayəsində region ölkələri Qərblə də güclü əlaqələr qura biliblər. Bu baxımdan, Rusiya Çin və Avropa İttifaqı arasında “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Cənubi Qafqazın ticarət mərkəzinə çevrilməsi perspektivindən narahatdır”, - pakistanlı analitik yazır.

Onun fikrincə, Cənubi Qafqaz üç güc mərkəzinin – Qərb, Rusiya və Çinin toqquşma coğrafiyasına çevrilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru